Premyer Liqanın XXI turu çərçivəsində keçrilən "Kəpəz" - AZAL oyununda insident yaşanıb.
Fanat.Az xəbər verir ki, qarşılaşmanın 62-ci dəqiqəsində AZAL-ın futbolçusu Omeqa Roberts top uğrunda mübarizədən sonra yerdə qalan rəqibi Julien Ebaha qəsdən təpik vurub. Matçın hakimləri epizoda reaksiya verməyib.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Fanat.Az