UEFA futbol üzrə Çempionlar Liqasının final matçına türkiyəli Cüneyt Çakırı baş hakim təyin etməyib. Avropa futbol qurumu Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund) komandaları arasında keçiriləcək görüşü italiyalı referi Nikola Ritsoliyə tapşırıb.
Ritsoliyə yan xətt hakimləri qismində həmyerliləri Renato Faverani ilə Andrea Stefani yardımçı olacaq. Ehtiyat hakim isə sloveniyalı Damir Skominadır. Oyun mayın 25-də İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçiriləcək.