"Mançester Siti"nin cinah müdafiəçisi Joau Kanselu komandasını dəyişməkdə maraqlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Xəbərə görə, son vaxtlar əsas heyətdəki yerini itirən və meydanda nadir hallarda gözə dəyən Kanselunun baş məşqçi Xosep Quardiola ilə münasibətləri pozulub. Mənbə arxa xətt oyunçusunun yaxın vaxtlarda "şəhərlilər"dən ayrılmağı planlaşdırdığını vurğulayıb. Joaunun böyük ehtimalla, "Bayern Münhen"ə qoşulacağı bildirilib.
Qeyd edək ki, Kanselu son 11 matçın 4-də forma şansı qazanıb.
Nihat