"Bayern Münhen"in hücumçusu Tomas Müller Bundesliqa tarixinin mütləq rekordçusuna çevrilib.
Fanat.Az xəbər verir ki, o, unikal nəticəyə komandası ilə cari mövsümün qalibi olaraq imza atıb.
Müller 12-ci dəfə Almaniya çempionluğunu bayram edib ki, bu da indiyədək heç bir futbolçunun qovuşa bilmədiyi uğurdur.
Qeyd edək ki, 34-cü turda səfərdə "Köln"ü 2:1 hesabı ilə yenən "Bayern" xal hesabını 71-ə çatdırıb. Paralel keçirilən oyunda isə Dortmund "Borussiya"sı öz meydanında "Maynts"ın müqavimətini qıra bilməyib - 1:1. Beləliklə, dortmundlularla xal hesabını bərabərləşdirən Münhen təmsilçisi əlavə göstəricilərə görə əzəli rəqibini qabaqlayaraq Bundesliqanın qızıl medallarına yiyələnib.
Nihat