UEFA Avropa klub turnirlərinin formatının yenidən dəyişdirilməsi variantını öyrənir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.
Yeniliyin 2027-ci ildən tətbiq olunacağı gözlənilir.
Mənbənin məlumatına görə, avrokuboklarda üç divizionun tətbiqi nəzərdən keçirilir: Superliqa, Avropa Liqası və Namizədlər Liqası.
Plana görə, Avropa Liqasında ilk 2 yeri tutan komanda Superliqaya yüksələcək. İkinci və üçüncü divizionlar arasında isə dörd komanda var-gəl edəcək.
Yeni varianta UEFA İcraiyyə Komitəsi 2023-cü il oktyabrın sonunda baxacaq.
Xatırladaq ki, 2024/2025 mövsümündən Çempionlar Liqasında İsveçrə sistemi əsasında yeni yarış formatı tətbiq olunacaq.
Mirağa