"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində bu gün "Napoli"yə qarşı keçirəcəkləri ev oyunundan danışıb.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis fikirlərini "Kral klubu"nun rəsmi saytına bölüşüb:
"Bu oyun bizə qrup mərhələsindəki mübarizəni yüksək səviyyədə başa vurmaq imkanı yaradır. İndiyədək yaxşı təsir bağışlamışıq və bu, özümüzü sübut etmək üçün növbəti şansdır. Mümkün qədər daha yaxşı görünməyə çalışacağıq.
"Napoli" ilə ilk qarşılaşmada bərabərsəviyyəli mübarizəyə şahidlik etdik. Matçın müəyyən hissəsində oyuna nəzarət bizdə, müəyyən hissəsində onlarda idi. Sabah bu mənada heç nə dəyişməyəcək. Rəqib Viktor Osimhenin sayəsində əks-hücumlarda çox təhlükəlidir. "Napoli"yə mane olmaq üçün məhz bu məqamı diqqətdə saxlamalıyıq".
4 turdan sonra "Real" C qrupunda 12 xalla 1-ci, "Napoli" (7 xal) 2-ci pillədədir.
Nihat