Misli Premyer Liqasının XXIX turunda "Sabah"ı qəbul edəcək "Turan Tovuz" oyuna itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "boz qurdlar"ın sözçüsü Süleyman Tağıyev deyib:
"Veysəl Rzayev, Fərid Yusifli və Ayxan Quseynov zədə səbəbindən "Sabah"a qarşı oynaya bilməyəcəklər. Braziliyalı hücumçu Luis Paçu isə cəzalı olduğu üçün bu qarşılaşmada meydana çıxmayacaq".
Qeyd edək ki, "Turan Tovuz" - "Sabah" qarşılaşması aprelin 6-da keçiriləcək. Görüşün start fiti 16:00-da səslənəcək.
Nihat