İŞİD Avropanı UEFA Çempionlar Liqasının bu həftə baş tutacaq 1/4 final oyunlarında terror aktı törətməklə hədələyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.
Xəbərə görə, terror təşkilatının məkrli niyyətini hansı matçda həyata keçirməyi planlaşdırdığı bilinməsə də, bu gün İspaniya hökumət komissiyasının rəsmi iclası keçiriləcək və toplantıda əlavə təhlükəsizlik tədbirləri ilə bağlı qərar qəbul ediləcək.
Qeyd edək ki, bu gün ÇL-in 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Real Madrid" - "Mançester Siti" və "Arsenal" - "Bayern Münhen" qarşılaşmaları olacaq. Sabah isə "Atletiko Madrid" - "Borussiya" (Dortmund) və PSJ - "Barselona" duelləri reallaşacaq.
Nihat