"Arsenal" rəhbərliyi komandanın baş məşqçisi Mikel Arteta ilə bağlı yekun qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə "topçular"ın ispan mütəxəssislə yeni müqavilə ilə bağlı razılığa gəldiyini və tərəflərin yaxın vaxtlarda uzunmüddətli sözləşməyə imza atacaqlarını vurğulayıb.
Qeyd edək ki, "Arsenal" Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Bayern Münhen"i qəbul edəcək.
Nihat