Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində sabah keçiriləcək görüşlərə hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, "Atletiko Madrid" - "Borussiya" (Dortmund) qarşılaşması italiyalı, PSJ - "Barselona" görüşü isə ingiltərəli hakimlər briqadasına həvalə edilib.
Çempionlar Liqası, 1/4 final mərhəsləsinin ilk oyunları
10 aprel
23:00. "Atletiko Madrid" - "Borussiya" (Dortmund)
Hakimlər: Marko Quida, Çiro Karbone, Giorgio Peretti, Fabio Mareska (hamısı İtaliya)
23:00. PSJ - "Barselona"
Hakimlər: Entoni Teylor, Qari Beşvik, Adam Nunn, Robert Cons (hamısı İngiltərə)