"Borussiya" (Dortmund) təcrübəli futbolçusu Mats Hummelslə bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, artıq Almaniya klubunun rəhbərliyi 35 yaşlı müdafiəçi ilə müqavilə yeniləmək üçün danışıqlara başlayıb. Mənbə daha öncə cari mövsümün sonunda karyerasını bitirəcəyi barədə informasiyalar dərc edilən Hummelsin anlaşmanın müddətini uzatmaq variantına isti yanaşdığını vurğulayıb.
Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm "Borussiya" forması ilə çıxdığı 34 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun indiki müqaviləsinin müddəti bu ilin yayına qədər nəzərdə tutulub.