"Real Madrid"in vingeri Lukas Vaskes La Liqanın 32-ci turu çərçivəsində dünən keçirilən matçda "Barselona" üzərində qazandıqları qələbəni (3:2) şərh edib.
Fanat.Az xəbər verir ki, AS nəşri "el klasiko"da vurulan qollardan birinin müəllifi olan Vaskesin dediklərini belə çatdırıb:
"Çox baxımlı oyun idi. Azarkeşlərimizlə gözəl bir gecə yaşadıq və biz buna layiqik. Çempionluq yolunda böyük addım atdıq. Komanda daha öncə Mançesterdə güc qoymasına baxmayaraq, yenə də özünü ən yaxşı tərəfdən göstərdi. Yenə gözəl oyun keçirdik, qələbə qazanmaq üçün əlimizdən gələni etdik.
Bilirdik ki, çempionluq uğrunda mübarizədə həlledici qarşılaşma olacaq. Başa düşürdük ki, komandaya qələbə lazımdır. Əla iş gördük və çox xoşbəxtik. Komandaya kömək edə bildiyim üçün şadam. Sona 5 dəqiqə qalmış cərimə zərbəsi yerinə yetirmək imkanı qazandıq və özümüzə dedik: "Gəlin qol vuraq, qələbə qazanaq!" Çox şey alındı və bu bizim üçün olduqca vacib nəticədir".
Nihat