"Barselona"nın baş məşqçisi Xavi postundan getmək qərarını dəyişmək niyyətində olmadığını desə də, 2025-ci ilin yayınadək - müqaviləsinin müddəti başa çatana qədər Kataloniya təmsilçisində qalmağa hazırdır.
Fanat.Az xəbər verir ki, bu iddia "Mundo Deportivo"ya məxsusdur .
Xəbərə görə, 44 yaşlı mütəxəssis yaxın vaxtlarda İspaniya nəhənginin prezidenti Xuan Laporta və idman direktoru Deku ilə görüşəcək və tərəflər vəziyyəti müzakirə edəcəklər.
Qeyd edək ki, Xavi 2021-ci ildən "Barselona"nın "sükanı arxası"ndadır.