Daha iki futbolçunun adı İngiltərə Premyer Liqasının (İPL) Şöhrət Zalına daxil edilib.
Fanat.Az İPL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bunlar "Çelsi"nin sabiq müdafiəçisi Con Terri və "Mançester Yunayted"in keçmiş hücumçusu Endi Kouldur.
Terri yetirməsi olduğu "zadəganlar"ın formasını 1998-2017-ci illər aralığında geyinibsə, Koul yaddaşlarda daha çox 6 il şərəfini qoruduğu MY-dəki parlaq çıxışı ilə qalıb.
Xatırladaq ki, Şöhrət Zalına üzvlük İPL-də ən yüksək fərdi mükafat sayılır.
Nihat