"Çelsi"nin müdafiəçisi Tyaqo Silva cari mövsümün sonunda London klubunu tərk edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçu “zadəganlar”dan azad agent kimi ayrılmaqla bağlı son qərarını verib. Braziliyanın "Fluminense" klubu onu transfer etməkdə maraqlıdır.
Braziliyalı müdafiəçi 2020-ci ildən "Çelsi"də çıxış edir. 39 yaşlı mərkəz müdafiəçisi bu mövsüm bütün turnirlərdə 32 oyun keçirib və 4 qol vurub.