UEFA Gənclər Liqasına yekun vurulub.
Fanat.Az xəbər verir ki, finalda İtaliyanın “Milan” klubu ilə Yunanıstan ”Olimpiakos”u qarşılaşıb.
Pirey təmsilçisi İsveçrənin Nyon şəhərindəki “Kolovray” stadionunda baş tutan həlledici görüşdə italiyalıları 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Yunanların heyətində Kristos Mouzakitis, Antonios Papakanellos və Teofanis Bakulas fərqləniblər.
Qeyd edək ki, "Olimpiakos" UEFA Gənclər Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu "Qəbələ"ni (3:0, 4:0) mübarizədən kənarlaşdırmışdı.