"Bayer"in müdafiəçisi Conatan Ta Leverkuzen klubunu tərk edəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport"un müxbiri Florian Plettenberq yayıb.
Mənbənin məlumatına görə, bununla belə, 28 yaşlı futbolçu Almaniyanı tərk etməyəcək. "Bayern Münhen" onunla ciddi maraqlanır,
Münhen komandasının artıq Tanın nümayəndələri ilə danışıqlar apardığı bildirilir. Çempion "Bayer"lə hələ danışıqlar aparılmayıb, lakin "qara-qırmızılar" da əsas oyunçusunu saxlamaq və müqaviləsini uzatmaq istəyir. Ta özü yay transferi üçün təkliflərə açıqdır.
Conatan Ta bu mövsüm "Bayer"in heyətində 40 oyun keçirib, 6 qol vurub və bir məhsuldar ötürmə edib.
Mirağa