Türkiyə 1-ci Liqasında 32-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, sözügedən liqada çıxış edən azərbaycanlı futbolçular cari turda müxtəlif nəticələrlə yadda qalıblar.
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” evdə “Bandırmaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1. Şeydayev start heyətdə meydana çıxıb və 58-ci dəqiqədə əvəzlənib.
“Kocaelispor” 55 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” bu turda “Altay”la qarşılaşıb. “Boluspor” evdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 3:1. Vüsal bu matçın 80-ci dəqiqəsində meydana buraxılıb.
“Boluspor” bu nəticədən sonra 50 xalla 7-ci pillədə qərarlaşıb.
Sərtan Taşkının çıxış etdiyi “Manisa” səfərdə “Adanaspor”la üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşib – 1:1. Sərtan da bu görüşün iştirakçısı olub. 27 yaşlı müdafiəçi matçın 90+3-cü dəqiqəsində meydana buraxılıb.
32 turdan sonra 37 xal toplayan “Manisa” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyəspor” isə “Keçiörengücü” ilə qarşılaşıb. İstanbul təmsilçisi səfərdə baş tutan oyunda 2:4 hesablı məğlubiyyətə üzülüb. Coşqun start heyətdə başladığı matçın fasiləsində əvəzlənib.
“Ümraniyəspor” bu nəticədən sonra 37 xalla 13-cü pillədə qərarlaşıb.