"Barselona"nın hücumçusu Robert Levandovski dünyanın ən yaxşı iki futbolçusunun adlarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Marca" polşalı forvardın sözlərini belə çatdırıb:
"İndi bu barədə danışmaq çətindir. Çünki qarşıda Çempionlar Liqasının həlledici qarşılaşmaları və Avropa çempionatı var. Ancaq hazırda Kilian Mbappe və Cud Bellingem mənim üçün dünyanın ən möhtəşəm futbolçularıdır".
Qeyd edək ki, Levandovski 2022-ci ildən "Barselona"nın formasını geyinir. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər qədər nəzərdə tutulub.
Nihat