"Mançester Yunayted"in mərkəz müdafiəçisi Rafael Varan yay transfer pəncərəsində "Dumanlı albion"dan ayrılıb İspaniyaya qayıda bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.
Mənbənin məlumatına görə, fransalı futbolçu ilə La Liqanın bir neçə klubu maraqlanır. Konkret, “Atletiko Madrid”, “Sevilya”, “Real Sosyedad” və “Betis” Rafaeli öz sıralarına qatmaq istəyir.
31 yaşlı oyunçunun "Mançester Yunayted" ilə müqaviləsinin müddəti 2024-cü ilin iyun ayının sonuna qədərdir. Varanın transfer qiyməti 25 milyon avro qiymətləndirilir.
Təcrübəli müdafiəçi cari La Liqa mövsümündə 21 oyun keçirib və 1 qol vurub.
Qeyd edək ki, Varan 2011-2021-ci illər aralığında "Real"ın formasını geyinib.
Mirağa