İspaniyanın "Real Madrid" klubu "Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virtsi transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
"Kral klubu"nun prezidenti Florentino Peresin gələn il üçün əsas transfer hədəfi kimi Virtsi müəyyənləşdirdiyi bildirilir. Bununla belə, almaniyalı ilə "Bayern Münhen", İspaniyanın "Barselona" və İngiltərənin "Mançester Siti" klubları da maraqlanır.
Florian Virts bu mövsüm "Bayer"in heyətində 44 oyun keçirib, 17 qol vurub və 19 məhsuldar ötürmə edib.
Mirağa