"Mançester Siti"nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasının 35-ci turunda "Nottingem Forest" üzərində səfərdə qazandıqları qələbədən sonra (2:0) açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, görüşün 71-ci dəqiqəsində komandasının ikinci qoluna imza atan norveçlinin dediklərini "Sky Sports" belə çatdırıb:
"Nottingem Forest"in turnir cədvəlində harada olduğunu və bizi çətin oyun gözlədiyini bilirdik. Meydan yaxşı vəziyyətdə deyildi, amma qələbəyə ehtiyacımız olanda belə şeylərdən şikayət etməyə haqqımız yoxdur.
Belə məqamlarda çempionluq uğrunda mübarizə haqda düşünməmək daha yaxşıdır. Titul barədə çox düşünsən, dəli olarsan. Ona görə də dincəlməli, əylənməli və diqqətini növbəti matça yönəltməlisən".
Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 79-a çatdıran "şəhərlilər" hazırda lider "Arsenal"dan 1 xal geri qalırlar. Xosep Qvardiolanın komandası "topçular"dan bir oyun az keçirib.
Nihat