"Liverpul"un ikinci qapıçısı Kuivin Kelleher yayda Mersisayd klubunu tərk etməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Mənbənin məlumatına görə, Alissonun əvəzləyicisi olmaqdan bezən irlandiyalı "bir nömrə" olmaq istəyir.
Bundan əlavə, onun hələ keçən yay "Vulverhemptons"a keçmək variantı olsa da, Kelleherin klubdan ayrılmasına Yürgen Klopp mane olub. Alman mütəxəssis İrlandiya millisinin üzvünü qalmağa inandırıb. Lakin onun yayda getmə ehtimalı getdikcə artır. Çünki Klopp da "Liverpul"u tərk edəcək.
Kuivin Kelleher bu mövsüm 26 oyun keçirib. Bu görüşlərdən beşində o, qapısını təmiz saxlayıb və ümumilikdə 32 qol buraxıb. "Transfermarkt", futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.