Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Bayern Münhen” – “Real Madrid” matçına hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, qarşılaşmanın baş hakimi fransalı Kleman Türpen olacaq.
Ona həmyerliləri Nikolas Danos və Benjamin Paj yardım edəcəklər. 4-cü hakim funksiyasını isə isveçrəli Sandro Şerer yerinə yetirəcək.
Qeyd edək ki, sabah Münhendəki "Alyans Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.