İngiltərə Premyer Liqasının 35-ci turunda səfərdə "Tottenhem"i 3:2 hesabı ilə məğlub edən "Arsenal"ın vingeri Bukayo Saka çempionluq mübarizəsindən danışıb.
Fanat.Az xəbər verir ki, BBC onun sözlərini belə çatdırıb:
"Bilirik ki, "Siti" möhtəşəm komandadır, ancaq onlar da ideal deyillər. Biz yalnız öz işimizi görməliyik. Səhv etmək imkanımız çox deyil. Ötən mövsüm bu yöndə yaxşı təcrübə qazanmışıq. Qarşıdakı üç oyuna hazırıq".
Qeyd edək ki, hazırda 80 xalı olan "Arsenal" İPL-in turnir cədvəlinə başçılıq edir. "Mançester Siti" 79 xalla ikinci pillədə mövqe tutub. Xosep Qvardiolanın komandasının ehtiyatda 1 oyunu da var.
Nihat