"Barselona"nın baş məşqçisi Xavi İspaniya La Liqasının 33-cü turunda "Valensiya"nı 4:2 hesabı ilə məğlub edən "Barselona"nın baş məşqçisi Xavi "yarasalar"ın qapısından 3 top keçirən Robert Levandovskinin oyununu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, onun dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Levandovskidən çox razıyam. Onun gələcəyi haqda danışmağa hazırlaşmıram, ancaq komandanın oyununa qatqısı möhtəşəmdir. Robertlə işlədiyim üçün çox xoşbəxtəm".
Qeyd edək ki, 33 tura 73 xal toplayan "Barselona" hazırda La Liqanın turnir cədvəlinin 2-ci pilləsində mövqe tutub.
Nihat