Dünya futbolunun canlı əfsanəsi Ronaldo sahib olduğu "Kruzeyro" (Braziliya) klubunun səhmlərinin nəzarət paketini satıb.
Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, sabiq hücumçu bu satışdan 109 milyon avro qazanıb.
Məlumata görə, 47 yaşlı funksioner “Valyadolid” (İspaniya) klubunun səhmlərinin nəzarət paketini də satmaqda qərarlıdır.
Qeyd edək ki, iki dəfə “Qızıl top” mükafatını qazanan Ronaldo Braziliya millisinin heyətində iki dəfə dünya çempionu olub.