"Bayern Münhen"in sabiq futbolçusu Lotar Matteus Çempionlar Liqasının 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Real Madrid"i qəbul edəcək münhenliləri favorit saydığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sport Germany" belə çatdırıb:
"Karlo yalnız böyük məşqçi yox, həm də böyük futbolçudur. Mən "Milan"da ona qarşı oynamışam. Ançelotti öz italyan tərzi ilə Madriddə yaxşı qarşılanır. O, bir neçə il əvvəl Yupp Haynkes Münhen komandasında olduğu kimi, "Real" peşəkarları üçün atadır.
Fikrimcə, “Bayern” bu qarşılaşmanın favoritidir".
Qeyd edək ki, "Alyans Arena"da reallaşacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.
Nihat