Niderland millisinin sabiq yarımmüdafiəçisi Uesli Sneyder "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqı tənqid edib.
Fanat.Az xəbər verir ki, veteran futbolçu yerli telekanallardan birindəki "Veronica Offside" verilişində bu barədə danışıb.
"Ten Haq Kriştianu Ronaldu ilə mübahisə edərək çox böyük səhvə yol verdi. Bundan sonra hamının hörmətini itirdi. Soyunub-geyinmə otağındakı futbolçular düşünürdülər ki, yəqin bu adam dəlidir. Bəlkə də o, bunun əksinə olacağını düşünürdü, amma sonda heç nə onun planına uyğun getmədi".
Xatırladaq ki, "Mançester Yunayted"də Ronaldu ilə Ten Haq arasında münaqişə 2022-ci ilin sonunda baş vermişdi. Nəticədə klub portuqaliyalı ulduz ilə müqaviləni ləğv etməli olmuşdu.
Mirağa