"Bayern Münhen"in sabiq qapıçısı Oliver Kan Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində bu gün Almaniya nəhəngi "Real Madrid" arasında keçiriləcək ilk oyun haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, şəxsi "X" hesabında belə bir paylaşım edib:
"Bayern" və "Real" arasındakı görüşlər futbolçuların ehtiraslarını alovlandıran matçlardır. İrəli, "Bayern!"
Qeyd edək ki, Münhendəki "Alyans Arena"da reallaşacaq oyunun start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.
Nihat