"Bayern Münhen"in hücumçusu Harri Keyn Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunundan - "Alyans Arena"da "Real Madrid"ə qarşı keçirdikləri matçdan (2:2) sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, komandasının qollarından birinə imza atan ingilisin sözlərini "TNT Sports" belə çatdırıb:
"Biz yalnız Çempionlar Liqasında uğur qazanmaq üçün mübarizə aparırıq. Gələn həftə çıxacağımız səfər oyunu çətin olacaq, amma biz qalib gəlməyə çalışmalıyıq. Bu qarşılaşmadan çox yaxşı şeylər götürə bilərik. Bəzi xırda detallar var ki, onları nəzərə alıb düzəltmək lazımdır. Çünki rəqibimiz buna görə bizi cəzalandıra bilər. Gələn həftəyə hazır olmalıyıq".
Qeyd edək ki, tərəflərin Madriddəki cavab görüşü mayın 8-də keçiriləcək.
Nihat