"Arsenal"la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Jorjinyonun aqibətinin necə olacağı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı jurnalist Devid Ornşteyn yayıb.
Xəbərə görə, "topçular" sözügedən oyunçuya yeni anlaşma təklif ediblər. Mənbə İtaliya millisinin Braziliya əsilli üzvünün təklifi qəbul edəcəyini vurğulayıb.
Qeyd edək ki, 32 yaşlı Jorjinyo "Arsenal"a 2023-cü ilin yanvarında "Çelsi"dən keçib. Onun indiki müqaviləsində İngiltərə klubunun anlaşmanı daha 1 il müddətinə uzada biləcəyi ilə bağlı bənd var.
Nihat