İran çempionatında 25-ci turun oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.
Təbriz klubu evdə əzəli rəqiblərindən olan, lider “İstiqlal”la qarşılaşıb. Oyun qolsuz bitib – 0:0
Bu nəticədən sonra 41 xalı olan təbrizlilər 4-cü pillədə qərarlaşıblar. Lider "İstiqlal"ın 54 xalı var.