Antonio Konte yenidən İngiltərə Premyer Liqasında özünü sınamağa hazırdır.
Fanat.Az xəbər verir ki, bu barədə "CalcioMercato" məlumat yayıb.
Mənbənin məlumatına görə, 54 yaşlı çalışdırıcı öz namizədliyini Londonun "Çelsi" klubuna təklif edib.
"Zadəganlar" Maurisio Poçettinonun rəhbərliyi altında qənaətbəxş olmayan nəticələr fonunda məşqçi dəyişikliyi barədə düşünür.
Xatırladaq ki, “Çelsi” sonuncu dəfə Premyer Liqa çempionluğunu məhz Antonio Kontenin rəhbərliyi altında qazanıb. Bu, 2016/17 mövsümündə baş verib. İtalyan mütəxəssis 2016-2018-ci illərdə londonluların "sükanı arxası"nda çalışıb.
Mirağa