"Barselona"nın bu yay transfer etməyi qarşısına məqsəd qoyduğu oyunçulardan birinin kimliyi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, Kataloniya təmsilçisi "Bayern Münhen"in futbolçusu Yozua Kimmixin heyətə qatılmasını vacib sayır.
Qeyd edək ki, 29 yaşlı Kimmix 2015-ci ildən "Bayern"in uğurları üçün çalışır. Cari mövsüm bütün turnirlərdə 39 matça çıxan Yozua 2 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat