"Real Madrid"in qapıçısı Andrey Lunin klubda qalmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər müqaviləni uzatmağa yaxındırlar.
Bir müddət əvvəl ukraynalı daha çox oynaya biləcəyi klub axtarır, 2025-ci ilin iyun ayına qədər olan müqaviləni yeniləməyə tələsmirdi. Futbolçu ilə başqa klublardan maraqlananlar olsa da, o, “Santyaqo Bernabeu”da qalmağa qərar verib. Tibo Kurtuanın zədələnməsinə görə "Real"ın bir nömrəsi olması Luninin qərarına təsir edib.
Xəbərə görə, tərəflər ukraynalının maaşında artımla 2028-ci ilin yayına qədər müddətə nəzərdə tutulan yeni müqavilə imzalayacaqlar.
25 yaşlı qolkiper bu mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 12 dəfə qapısını toxunulmaz saxlayıb.
Mirağa