"Mançester Yunayted" yarımmüdafiəçisi Ceydon Sançonu klubdan göndərməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Xəbərə görə, cari mövsümün ikinci yarısını Dortmund "Borussiya"sında icarə əsasında keçirən ingilis futbolçu ilə yollar birdəfəlik ayrılacaq. Mankunianlar "arılar"ın futbolçunu alacağına, yaxud hansısa başqa klubun onu transfer edəcəyinə inanır.
Futbolçunun özü isə hələ karyerasını harada davam etdirəcəyini bilmir. Şayiələrə görə, o, yalnız baş məşqçi dəyişdiyi təqdirdə “Mançester Yunayted”ə qayıtmaq variantını nəzərdən keçirir. Lakin son xəbərlərə görə, “Mançester Yunayted” hazırkı baş məşqçi Erik Ten Haq ilə əməkdaşlığı davam etdirəcək .
Mirağa