İtaliya B Seriyasının 36-cı turunda "Bari" "Parma"nı qəbul edib.
Fanat.Az xəbər verir ki, qarşılaşmadan 1:1 hesablı heç-heçə ilə ayrılan qonaq komanda turnir cədvəlindəki mövqeyini möhkəmləndirib.
Mövsümün sonuna 2 tur qalmış "Parma" 74 xalla turnir cədvəlinə başçılıq edir. 2-ci yerdə 3 xal az toplayan "Komo" qərarlaşıb.
Beləliklə, "Parma"nın azı 2-ci yeri tutacağı dəqiqləşib ki, bu da yüksək liqaya yüksəlməyə təminat verir. Sözügedən komanda 3 mövsüm aşağı liqada keçirdikdən sonra yenidən A Seriyasına qayıdacaq. Hazırda komandaya "Yuventus", "Sampdoriya" və "Napoli"nin sabiq futbolçusu Fabio Peçkia rəhbərlik edir.
Mirağa