PSJ-nin müdafiəçisi Əşrəf Hakimi Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Dortmund "Borussiya"sından aldıqları məğlubiyyəti (0:1) şərh edib.
Fanat.Az xəbər verir ki, mərakeşli futbolçunun fikirlərini "Canal+" belə çatdırıb:
"Nəticəyə görə çox məyusuq. Məğlubiyyətin səbəbi? İkinci yarıda qol fürsətlərini boşa verdik. Bilirdik ki, "Borussiya" uzun ötürmələrlə oynayacaq. Bu məqamı nəzərə almışdıq, ancaq nəzərə almaq kifayət emədi. Hərçənd oyun ərzində dominantlıq etdik...
İndi istirahət etməli və cavab qarşılaşması haqda düşünməliyik. Öz azarkeşlərimiz önündə çıxacağımız matçda hər şey başqa olacaq. Bu, dəqiqdir. Əminik ki, cavab oyununda hər şey alınacaq".
Xatırladaq ki, tərəflərin "Park de Prens"dəki cavab qarşılaşması mayın 7-də keçiriləcək.
Nihat