İngiltərə Premyer Liqası rəsmi saytı vasitəsi ilə aprel ayının ən yaxşı oyunçusu mükafatına namizədlərin siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, namizədlər arasında top-klublardan 4 futbolçu yer alıb.
Ötən ay özünü yaxşı tərəfdən göstərən futboçular bunlardır:
Brunu Fernandeş - Mançester Yunayted
Yoşko Qvardiol - Mançester Siti
Kay Haverts - Arsenal
Jan-Filipp Mateta - Kristal Pelas
Koul Palmer - Çelsi
Cordan Pikford - Everton.
Aprel ayının ən yaxşı oyunçusu adının əsas favoriti “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmerdir. O, ötən ay Premyer Liqada 4 matçda 7 qol vurub və bir məhsuldar ötürmə edib.
Qeyd edək ki, ayın ən yaxşı oyunçusu azarkeşlərin və ekspertlərin səsverməsi əsasında seçiləcək.