Dortmund "Borussiya"sının baş məşqçisi Edin Terziç Çempionlar Liqasının yarımfinal mərhələsinin Almaniyada baş tutan ilk oyununda PSJ üzərində qazandıqları qələbəni (1:0) şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Bu, layiqli qələbə, yaxşı komanda oyunu idi. Biz daha çox qol vura bilərdik, amma onların da fərqlənmək imkanları var idi. Ona görə də fikrimcə, nəticə yaxşıdır. Çox qaçdıq, amma belə oyunda qaçmamaq olmaz.
"Uembli"yə aparan yolu qazanmaq lazımdır. İndi bizə lazım olan tək şey cavab oyununda heç-heçə etməkdir. Ancaq gələn həftə də qalib gəlmək istəyirik. Müəyyən üstünlüyümüz var və bu, yaxşı fürsətdir".
Xatırladaq ki, tərəflərin "Park de Prens"dəki cavab qarşılaşması mayın 7-də keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.
Nihat