"Real Madrid" sabiq futbolçusu Marselonun oğlu Entso Alveslə müqavilə yeniləyib.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, 14 yaşlı yeniyetmənin anlaşmasının müddəti 2027-ci ilə qədər uzadılıb.
Entso bu mövsüm “Real”ın heyətində vurduğu 17 qolla bombardirlər siyahısına başçılıq edir. O, bir müddət öncə İspaniyanın U-15 millisində də debüt edib və ikinci oyununda qol vurub.
Qeyd edək ki, Marselo hazırda vətəni Braziliyanın “Fluminense” klubunun uğurları üçün çalışır.