PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının yarımfinal mərhələsinin Almaniyada baş tutan ilk oyununda Dortmund "Bosrussiya"sından aldıqları məğlubiyyəti (0:1) şərh edib.
Fanat.Az xəbər verir ki, ispan mütəxəssis belə danışıb:
"Oyunun asan olmayacağını bilirdik. Bu, yarımfinaldır. Hər iki komanda çox sayda qol imkanı yaratdı. Amma onlar qol vurdular, biz yox.
"Siqnal İduna Park" xüsusi stadiondur. Burada azarkeşlər komandalarını necə dəstəkləmək lazım olduğunu bilirlər. Cavab matçında isə azarkeş amili bizim tərəfimizdə olacaq. Təbii ki, evdəki matçda daha effektli çıxışla diqqət çəkməliyik".
Xatırladaq ki, tərəflərin "Park de Prens"dəki cavab qarşılaşması mayın 7-də keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.
Nihat