"Əl İttihad"ın hücumçusu Kərim Benzema sabiq klubu "Real"ın bazasına yollanıb.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, hazırda zədəli olan Əlcəzair əsilli fransalı İspaniyanın paytaxtına müayinə üçün gedib. Mənbə "Kral klubu"nun Benzemanın müayinəsinə yardımçı olacağını və "Əl İttihad" bu addımına görə "Real"a rəsmi təşəkkür ünvanladığını vurğulayıb. Ulduz forvardın Səudiyyə Ərəbistanına gələn həftə qayıdacağı bildirilib.
Qeyd edək ki, Benzema ötən ilin yayında "Real"dan ayrılaraq azad agent qismində "Əl-İttihad"a qoşulub. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı il iyun ayının sonuna qədər nəzərdə tutulub.