Fransa millisinin və PSJ-nin müdafiəçisi Lukas Ernandes Çempionlar Liqasının yarımfinal mərhələsinin Dortmund "Borussiya"sı ilə ilk oyununda ciddi xəsarət alıb.
Fanat.Az xəbər verir ki, onun xaçvari diz bağlarında zədə aşkarlanıb.
Bu barədə məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə 28 yaşlı futbolçu üçün cari mövsümün sona çatdığını vurğulayıb. Ernandesin yayda Almaniyada keçiriləcək Avropa çempionatını da buraxacağı bildirilib.