"Betis"in yarımmüdafiəçisi İsko La Liqada aprel ayının ən yaxşı oyunçusu seçilib.
Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, mükafat uğrunda mübarizədə “Real”ın hücumçusu Vinisius Junior, “Selta”nın hücumçusu Yaqo Aspas, “Sevilya”nın hücumçusu Yusef En-Neseri və “Jirona”nın yarımmüdafiəçisi Savionu qabaqlayıb.
Maraqlıdır ki, yarımmüdafiəçi apreldə cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb.
İsko 2023/24 mövsümündə La Liqada 27 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.