"Real Madrid" bu həftə sonu çempionluğunu rəsmiləşdirsə, qələbəni bayram etməyi planlaşdırmır.
Fanat.Az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Bu gün, mayın 4-də "Real" La Liqanın 34-cü turu çərçivəsində "Kadis"i qəbul edəcək. Karlo Ançelottinin komandası qalib gəlsə və "Barselona" "Jirona"ya uduzsa, o zaman "Kral klubu" çempionluğu erkən qazanacaq.
Mənbənin məlumatına görə, belə senaridə atəşfəşanlıq olmayacaq. "Real" bütün diqqətini Çempionlar Liqasının yarımfinalının "Bayern" ilə cavab oyununa (ilk matç 2:2 bitib) yönəltdiyindən, çempionluğu qeyd etməyəcək. Yalnız Çempionlar Liqası ilə bağlı məsələ həll olunandan sonra hər hansı mərasimlərin keçirilməsi mümkün olacaq.
Mirağa