"Brayton"un baş məşqçisi Roberto De Zerbi karyerası ilə bağlı önəmli açıqlama verib.
Fanat.Az xəbər verir ki, Avropanın nəhəng klublarından çoxsaylı təkliflər mütəxəssis "Sky Sports"-a açıqlamasında İngiltərə Premyer Liqa klubunda qalmaq istədiyini bildirib.
“Qalmaq istərdim, çünki oyunçuları, şəhəri, klubu və azarkeşləri bəyənirəm. Artıq fanatlarla görüşümdə də dedim ki, burda xoşbəxt olsam, getməyəcəyəm. Mən ehtirasımı qoruyub saxlamaq istəyirəm”.
De Zerbi 2022-ci ildən "Brayton"a rəhbərlik edir. İtaliyalı mütəxəssislə "Milan", "Liverpul" və "Bayern Münhen" klubları maraqlanır.
Mirağa