“Liverpul” və “Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Co Barton Lionel Messinin futboldakı uğurlarına şübhə ilə yanaşıb.
Fanat.Az xəbər verir ki, "Daily Mail" onun dediklərini belə çatdırıb:
“Mənə görə, Messinin adının yanında böyük bir ulduzcuq qeyd olunmalıdı, çünki o, boyuna təsir etmək üçün steroid və başqa şeylər qəbul etməyə başlayıb. Gənc yaşda onun geni dəyişdirilib. Ona görə də adının yanında ulduz işarəsi olmalıdır.
Ona böyümə hormonu və hər cür dərman verilib. Bildiyimə görə, bunu başqa heç kim etməyib. Beləliklə, əgər onun təbii şəkildə böyüməsinə icazə verilsəydi, Messinin etdiklərini reallaşdırmaq üçün kifayət qədər böyük ulduz olmağa ehtiyac qalmazdı".