"Milan"ın baş məşqçisi Stefano Pioli "Napoli"yə təyinat almağa yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı "La Gazzetta dello Sport" yayıb.
Mənbənin məlumatına görə, neapollular Pioli ilə 3 illik müqavilə bağlayacaq. O, “Napoli”ni müntəzəm olaraq Çempionlar Liqasına çıxarmaq öhdəliyini üzərinə götürüb.
Piolinin "Milan"la müqaviləsinin müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Lakin şayiələrə görə, klub bu mövsümün sonunda 58 yaşlı mütəxəssislə əməkdaşlığa son qoymaq qərarına gəlib.
Pioli 2019-cu ildən "Milan"a rəhbərlik edir və 2021/22 mövsümündə "rossoneri" ilə İtaliya çempionatının qalibi olub.
Mirağa